Bu gün:

AZ Alkmaardan 9 qollu qələbə


Fənərbaxça və Qalatasarayın UEFA Avropa Liqasındakı rəqiblərindən olan AZ Alkmaar, Hollandiya Liqasında Robin van Persinin idarə etdiyi Heerenveeni 9:1 hesabı ilə məğlub edərək tarixi nəticəyə imza atıb.

Hollandiya Erediviziyasının 5-ci həftəsində "AZ Alkmaar" "Heerenveen"lə qarşılaşıb.

İlk hissə meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə keçsə də, ikinci hissədə qırmızı-ağlar fərqlənib.

Troy Parrotun 4 qolla oynadığı matçda AZ Alkmaar 9:1 hesabı ilə qalib gəlib.

Alkmaar komandasının digər qollarını Sven Mijnans, İbrahim Sadiq, Meerdink, Kristijan Beliç və Ziko Buurmeester vurub.

Qonaq komandanın yeganə qolunu Luuk Brouers vurub. AZ bu qələbə ilə xallarını 5 görüşdən sonra 13-ə yüksəldib.

AZ Alkmaar noyabrda UEFA Avropa Liqasının yeni formatında Fənərbaxça və Qalatasarayla qarşılaşacaq.


Mənbə: TRT Haber

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et