Bu gün:

50 vilayətdə narkotik əməliyyatı: 316 nəfər saxlanıldı


50 vilayətdə narkotik satıcılarına və yerli cinayət təşkilatlarına qarşı keçirilən “NARKOÇELİK-38” əməliyyatı zamanı 580 kiloqram narkotik vasitə və 121 min 970 ədəd narkotik həb ələ keçirilib. 

Nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, Ankara, İzmir və Antalya daxil olmaqla 50 vilayətdə narkotik tacirləri, yerli cinayət təşkilatları və narkotik istehsalçılarına qarşı əməliyyatlar aparıldığını bildirib.

Təhlükəsizlik Baş İdarəsi Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiya etdiyi əməliyyatlarda 790 qrup, 1910 personal, 14 təyyarə və 17 narkotik axtarış itinin iştirak etdiyini bildirən Yerlikaya 316 şübhəlinin tutulduğunu, 580 kiloqram narkotik, 129701 narkotik maddə və həb aşkarlandığını qeyd edib. Nazir Yerlikaya əməliyyatlarda iştirak edən təhlükəsizlik qüvvələrini təbrik edərək, “Əziz millətimizin ölkəmizi zəhər tacirlərindən və küçə satıcılarından təmizləməkdə qərarlı olduğumuzu bilməsini istəyirəm”,- deyə bildirib.


Mənbə: TRT haber

Tərcümə etdi: Nərgiz Orucova

Paylaş
Şərh əlavə et