Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus X sosial media platformasında 1-12 sentyabr tarixləri arasında Qəzza zolağında aparılan peyvənd kampaniyası haqqında paylaşıb.
Dünən sona çatan kampaniyanın ilk mərhələsində Qəzza zolağında 10 yaşından kiçik 560 mindən çox uşağın peyvənd edildiyini qeyd edən Qebreyesus bu “mürəkkəb” əməliyyatı həyata keçirən bütün tibb qruplarına minnətdar olduğunu bildirib.
“Qəzza zolağında gündəlik həyatın faciəvi reallığı içərisində bu kampaniya böyük bir uğurdur” deyən Qhebreyesus, peyvəndin aparıldığı bölgələrdə atəşkəsin yaradılması ilə nələrin əldə oluna biləcəyinin şahidi olduqlarını ifadə edib.
Mənbə: ntv.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
