Bu gün:

İran kosmosa tədqiqat peyki göndərir


İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, yerli istehsal olan “Çəmran-1” adlı tədqiqat peyki Kaim-100 peyk daşıyıcı raketi ilə orbitə buraxılıb.Təxminən 60 kiloqram ağırlığında olan tədqiqat peyki 550 kilometr məsafədə uğurla yerləşdirilib.

Bildirilib ki, İnqilab Keşikçiləri Ordusuna məxsus Kaim-100 adlı bərk yanacaqla işləyən peyk daşıyıcı raket 2022-ci ilin noyabrında suborbital sınaq uçuşunu uğurla başa vurub.


ABŞ və onun Qərb müttəfiqləri İranın ballistik raket fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu və İranın “peyk fəaliyyətinin arxasında Yaxın Şərq və Avropanı təhdid edən qitələrarası ballistik raket proqramını gizlətdiyini” iddia edir.

Digər tərəfdən Tehran, hazırlanan raketlərin konvensional olduğunu və BMT Təhlükəsizlik Şurasının nüvə sazişini dəstəkləyən 2231 saylı qətnaməsinə uyğun olduğunu müdafiə edir.

Yanvar ayında İran “Sürəyya” adlı uzaqdan zondlama peykini orbitə çıxardığını və onu 750 kilometr məsafədə uğurla orbitə yerləşdirdiyini açıqlamışdı.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et