Bu gün:

Kosmosda qapalı qalan NASA astronavtları xüsusi kostyumlarını dəyişəcək


NASA keçən ay keçirdiyi mətbuat konfransında Boeing Starlinerin texniki nasazlıqlar səbəbilə ekipajsız Yerə qayıdacağını açıqlamışdı.

Astronavtlar Butch Wilmore və Suni Williams-ı daşıyan Starliner iyunun 5-də buraxıldı və əvvəlcə təxminən bir həftəyə geri dönməli idi.

Lakin texniki nasazlıqlara görə bu yaxınlarda Starliner ekipajsız Yerə enib. Yerə uğurla enən Starliner kapsulunda hər iki astronavtın paltarı olub. 

Qeyd edilib ki, Boeing-in skafandrları SpaceX kosmik gəmisi ilə uyğun olmadığı üçün yeni kostyumlar geyiniləcək. 

SpaceX Crew Dragon kosmik gəmisi ilə Yerə qayıtması gözlənilən Wilmore və Williams ən azı 2025-ci ilin fevralına qədər ISS-də qalacaqlar.

Wilmore və Williams yer üzünə SpaceX kosmik gəmisi ilə qayıdacaqları üçün onlar da SpaceX-in xüsusi kostyumlarını geyinməlidirlər.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et