Niyə kitab oxuyarkən yuxuya gedirik?

Kitabın üç və ya beş səhifəsini oxuduqdan sonra yuxuya getmək bir çox insanın qarşılaşdığı problemdir. Bəs kitab oxuyarkən yuxuya getməyimizə səbəb nədir?
Araşdırmalar göstərir ki, kitab oxuyarkən yuxuya getməyimizin bir çox səbəbi ola bilər. Bunlardan birincisi, göz əzələlərimizin və zehnimizin yorğun olduğu üçün istirahətə ehtiyacı olmasıdır. Kitab oxuyarkən gözlərimiz səhifələrdəki sözləri diqqətlə seçib izləməyə çalışır. Bu vəziyyət daimi göz hərəkəti tələb edir və nəticədə göz əzələlərimiz yorulur. Bundan əlavə, beynimiz gözlərimizin gördüyü hərfləri şərh edir; Biz bunları mənalı sözlərə, cümlələrə və paraqraflara çeviririk və bunun üçün zehni gücə ehtiyacımız var. Beləliklə, beynimiz çox işlədiyindən və göz əzələlərimiz yorulduğundan və nəhayət yuxuya getdiyimiz üçün gözlərimizin yavaş-yavaş bağlanması və bir az istirahətə ehtiyacı olması olduqca normaldır.
Kitab oxuyarkən yuxuya getməyimizin başqa bir səbəbi də rahat bir vəziyyətə girərək dincəlməyimizdir. Çünki biz adətən kitab oxumağı axşam saatlarına və ya yorucu, enerji tələb edən fəaliyyətlərdən və işlərdən sonra buraxırıq. Bu anlar həm də özümüzü ən çox yorğun hiss etdiyimiz anlardır. Sonra rahat məkanda kitabımızı oxumağa başlayırıq. Birdən bədənimiz rahat bir vəziyyətə keçir və əzələlərimiz rahatlaşır, digər tərəfdən isə yorğunluq yuxu üçün lazımi mühiti hazırlayır. Bundan əlavə, sevdiyimiz cəlbedici bir kitabı oxumaq bizə qayğılarımızdan və çətinliklərimizdən uzaqlaşmağa və tez yuxuya getməyə kömək edir. Əlavə olaraq, darıxdırıcı kitablar yuxuya getməyinizə səbəb ola bilər.
Kitab oxuyarkən necə oyaq qala bilərik?
Kitabı yuxuya getmədən daha uzun müddət oxumaq istəyirsinizsə, oxu vaxtınızı artıracaq bəzi təkliflər bunlardır:
• İlk növbədə çox rahat olmayan bir yer seçməlisiniz. Arxaya söykənməkdənsə, dik otura biləcəyiniz bir stul seçin.
• Göz yorğunluğunu azaltmaq üçün əlavə işıqlandırmadan istifadə edin.
• Ətrafınızın çox isti olmadığından əmin olun. Çünki isti bir mühit daha tez yuxuya getməyinizə səbəb ola bilər.
• Çay, qəhvə, kakao kimi sizi oyaq saxlayacaq içkilər içə və ya ilıq duş ala bilərsiniz.
Mənbə:bilimup
Tərcümə etdi:Nuray Mürsəlova
