Bu gün:

Çernobıl faicəsində nə baş verdi?


1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyevdən 130 kilometr şimalda yerləşən Çernobıl şəhəri bəşər tarixinin ən dəhşətli ekoloji fəlakətlərindən birinə şahid oldu.

Pripyat şəhəri yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasının dördüncü reaktorunda baş verən partlayış nəticəsində ətraf mühitə 1945-ci ildə Xirosimaya atılan atom bombasının 50 mislinə bərabər miqdarda radiasiya yayılıb.


Bəzi müstəqil araşdırmalara görə, Çernobıl nüvə fəlakəti təxminən 200 min insanın birbaşa və ya dolayı ölümünə səbəb oldu.Fəlakətin fəsadları üzündən yüz minlərlə uşaq əlil doğuldu;  Xərçəng halları artıb.  Qəzanın mənfi təsirlərinin nəsillər boyu davam edəcəyi gözlənilir.Bu gün Çernobıldakı nüvə fəlakətinin izlərinin nə qədər risk yaratdığı ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlməkdə davam edir.


Çernobıl Atom Elektrik Stansiyasının tikintisinə 1970-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Ukrayna Sovet Sosialist Respublikasında başlanılıb.  Elektrik stansiyasında çalışan işçilər və onların ailələri üçün Pripyat şəhəri üç kilometr aralıda yaradılmışdır. Elektrik stansiyasının ilk reaktor bloku 1977-ci ildə işə salınıb.  Daha sonra daha üç enerji blokunun tikintisi başa çatdıqdan sonra illik enerji istehsalı 29 milyard kilovatsaata çatıb.Bəşər tarixində ən böyük nüvə fəlakətinin əsl səbəbləri ilə bağlı müzakirələr bu gün də davam edir. Qəzanın səbəblərini araşdırmaq üçün o vaxt Sovet İttifaqında yaradılmış dövlət komissiyası qəzaya görə əsas məsuliyyəti zavodun kollektivi və rəhbərliyi elan etmişdi.Qəzanın zəlzələ, təxribat və ya “terror aktı” nəticəsində baş verdiyinə dair iddialar olsa da, bunların heç bir sübutu yoxdur.
Nüvə fəlakətindən bir müddət sonra Pripyat şəhərində və Çernobıl Atom Elektrik Stansiyasının ətrafındakı 10 kilometrlik ərazidə yaşayan insanlar təxliyə edilib. 

1986-cı ilin may ayında 30 kilometrlik zonadan təxliyə edilən insanların sayının müxtəlif məlumatlarda 116 min ilə 350 min arasında olduğu göstərilir.Qəza nəticəsində yaranan yanğın 10 gün davam edib. Partlayış nəticəsində ətraf mühitə təxminən 380 milyon kuri (radioaktivlik vahidi) radiasiya buraxılıb.
70 faizi Belarus, Ukrayna və Rusiyada yerləşən 200 min kvadrat kilometr ərazi radiasiyanın təsiri altında idi.                       

Mənbə: BBC news türkçe      

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et