Bu gün:

Tramp doqquz ildən sonra ilk dəfə Pekinə uçub


Çin Mərkəzi Televiziyasının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp dövlət səfəri ilə Pekinə gəlib. Amerika liderinin təyyarəsi Pekin Beynəlxalq Hava Limanına eniş edib.

Donald Tramp

24media.az News.ru saytına istinadən xəbər verir ki, səfəri zamanı Tramp Çin prezidenti Si Cinpinlə danışıqlar aparacaq. Tərəflərin ABŞ və Çin arasında ticarət və iqtisadi münasibətlərə, eləcə də bir sıra əsas beynəlxalq məsələlərə diqqət yetirəcəyi gözlənilib.

Donald Trampın Çinə son səfəri 2017-ci il noyabrın 8-dən 11-dək, onun birinci müddətində baş tutub. Co Bayden prezidentliyi dövründə Çinə səfər etməyib.

Çin əvvəllər ABŞ prezidentinin Pekinə səfəri zamanı ABŞ üçün müzakirə olunmayan dörd mövzunu müəyyən edib. Bunlara Tayvan məsələsi, demokratiya və insan haqları, siyasi sistem və Çinin inkişaf hüququ daxildir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya prezidenti Vladimir Putinin Trampla Çində görüşməsinin mümkün olmadığını bildirib. O bunun qeyri-real olduğunu bildirib.

Əli Balayev 

Paylaş
Şərh əlavə et