“MV Hondius” kruiz gəmisində ABŞ və Fransa vətəndaşı olan iki sərnişində virus aşkarlanıb. Daha bir amerikalı sərnişində isə yüngül simptomlar müşahidə olunub. Hazırda səhiyyə qurumları sərnişinləri və onlarla təmasda olan şəxsləri nəzarətdə saxlayır.

Gəmidəki 90-dan çox sərnişin öz ölkələrinə göndərilir, bəzi şəxslər isə hələ də Kanar adalarında gəmidə qalırlar. İndiyə qədər üç nəfər həyatını itirib və onlardan ikisində hantavirus təsdiqlənib.
Mütəxəssislər bildirirlər ki, virus insanlar arasında asan yayılmadığı üçün böyük epidemiya riski aşağı hesab olunur. Buna baxmayaraq, araşdırmalar və təhlükəsizlik tədbirləri davam etdirilir.
Mənbə: BBC
Aydan Xudayarova: Aydan Xudayarova
