Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) 6 britaniyalı diplomatın akreditasiyasının casusluqda və milli təhlükəsizliyə təhlükə törətməkdə şübhəli bilinərək ləğv edildiyini açıqlayıb.
FSB-dən verilən açıqlamada, İngiltərənin beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsi prosesini koordinasiya etdiyini göstərən bəzi sənədlərin Rusiya kəşfiyyatı tərəfindən ələ keçirildiyi bildirilib.
“Bu sənədlər Britaniya Xarici İşlər Nazirliyi yanında Şərqi Avropa və Mərkəzi Asiya Direktorluğunun Rusiya və keçmiş Sovet İttifaqı ölkələrinə qarşı destruktiv siyasətin həyata keçirilməsi prosesini koordinasiya etdiyini göstərir”, - bəyanatda deyilir.
Açıqlamada bu bölmənin Rusiyanı strateji cəhətdən məğlub etmək üçün Ukraynada müharibə başlayandan sonra kəşfiyyat bölməsinə çevrildiyi, Moskvaya göndərilən bəzi ingilis diplomatların hərəkətlərinin “ölkənin təhlükəsizliyini təhdid etdiyi” iddia edilib.
FSB, həmçinin, akkreditasiyası ləğv edilən britaniyalı diplomatların fotoşəkillərini dərc edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
