
Ruffles həm FIFA Dünya Kuboku 2026, həm də FIFA Qadınlararası Dünya Kuboku 2027-nin Rəsmi Sponsoru kimi futbol azarkeşlərini dəstəkləməyə davam edir.
Rəsmi Sponsor olaraq Ruffles pərəstişkarları üçün eksklüziv təcrübələr, mallar, istehlakçı aktivləşdirmələri və s. təqdim edəcək. Frito-Lay Beynəlxalq Qida İstehlakçıları və Marketinq İnkişafı Mütəxəssisi Jane Wakely, "FIFA ilə əməkdaşlıq biznesimiz və qida brendlərimizi futbol mədəniyyətinə daha da dərindən daxil etmək məqsədimiz üçün mühüm mərhələdir. Futbol dünyanın ən böyük ehtiraslarından biridir və bu tarixi tərəfdaşlıq bizə FIFA Dünya Kuboku və FIFA Qadınlararası Dünya Kubokunun həyəcanını dünya üzrə məşhur brendlərimizin əyləncələri ilə bir araya gətirməyə imkan verir" deyə bildirib.
Tarixi bir dövrə qədəm qoyduqlarını ifadə edən FİFA prezidenti Giovanni Vinçenzo İnfantino, “FIFA və daha geniş futbol ictimaiyyəti üçün tarixi bir dövrə girdiyimizə görə Ruffles ilə bu tərəfdaşlığı həyata keçirməkdən və əməkdaşlığımızı gücləndirməkdən xoşbəxtik. Son FIFA Dünya Kuboku və FIFA Qadınlararası Dünya Kubokunda iştirak etdikdən sonra biz fəxr edirik ki, Ruffles bizim inamımızı, vizyonumuzu və futbolun inkişafı ilə bağlı fikirlərimizi bölüşür və gələcəyə doğru bu səyahətdə bizə qoşulur. Birlikdə biz bütün dünyada futbol azarkeşləri üçün xüsusi təcrübələr yaradacağıq" deyib.
2026 FIFA Dünya Kubokunda 48 komanda iştirak edəcək, hansı ki, sürpriz mükafatlar paylanacaq. Bu, üç ölkədə: Kanada, Meksika və ABŞ-da keçiriləcək ilk turnir olacaq. 2027-ci ildə ilk dəfə olaraq Cənubi Amerikada FİFA qadınlar arasında dünya çempionatı keçiriləcək. Hər iki turnirin tarixi anlara şahidlik edəcəyi gözlənilsə də, Ruffles futbolsevərlərə sürpriz hədiyyələr paylayaraq bu həyəcana qoşulacaq. Brend hər matçda ehtirasları və enerjiləri ilə futbolu canlandıran insanları tribunalarda önə çıxararaq “Matçın Azarkeşi”ni mükafatlandıracaq. Hər iki turnir unikal təcrübələr təqdim etməklə yeni zəmin yaradacaq.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
