Bu gün:

Harri Potter yeni formatda qayıdır


İngilis yazıçısı J.K.Roulinqin "Harri Potter" adlı kitab seriyasının filmlərə də uyğunlaşdırılmış serialı üçün kastinq prosesi başlayır. ABŞ-ın nəhəng yayım şirkəti HBO, kastinqin əhatəli şəkildə ediləcəyini açıqlayıb. Açıqlamada, personajların "inklüzivlik və müxtəlifliyə bağlılıq ilə" müəyyən ediləcəyi bildirilib. 


Serialın əsas personajları Harry Potter, Ron və Hermiona üçün yaş həddi müəyyən edilib. Böyük Britaniyada və ya İrlandiyada yaşamaq tələbi də var.

Rollara müraciət etmək istəyənlərdən iki videolu ərizə təqdim etmələri xahiş olunur. Bu videolardan birində onlardan “qısa şeir və ya hekayə” oxumaq, digər videoda isə özləri haqqında danışmaq tələb olunur. 

Serialın hələ yayım tarixi olmasa da, serialın 2025-26-cı illər arasında İngiltərədə çəkilişinin planlaşdırıldığı bildirilib.

Serialın yazıçısı Francesca Gardiner və rejissor Mark Mylod əvvəllər mükafata layiq görülən "Succession" serialı üzərində çalışmışdılar.

Harry Potter obrazını canlandıran Radcliffe daha əvvəl serial formatında çəkiləcəyi üçün həyəcanlı olduğunu desə də, bu serialda çəkilməyi planlaşdırmadığını da əlavə edib. News-a danışan Daniel Radcliffe, "Hər kəs kimi uzaqdan izləyəcəyim üçün xoşbəxtəm" deyə bildirib.                

Mənbə: BBC News Türkçe     

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et