Rusiya Müdafiə Nazirliyi bildirib ki, onun qüvvələri ötən ay Rusiyanın Kursk sərhəd bölgəsinə qəfil müdaxilə nəticəsində Ukrayna qüvvələri tərəfindən ələ keçirilən 10 yaşayış məntəqəsini geri alıb.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın "Ukrayna planımıza uyğun gələn əks-hücum hərəkətlərinə" başladığını təsdiqləyib.
Rusiya bildirib ki, onun “Şimal bölmələri” avqustun 6-da başladığı kampaniyada Ukraynanın işğal etdiyi ərazinin qərb cinahında yerləşən Snaqost ətrafındakı ərazidəki yaşayış məntəqələrini iki gün ərzində geri alıb.
Əks-hücumun ilk əlaməti Çeçenistan xüsusi təyinatlılarının komandiri general-mayor Apti Alaudinovdan gəlib və o, altı Ukrayna briqadasının ağır itki verdiyini bildirib.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
