Bu gün:

Belçikanın Şarlerua hava limanında uçuşlar ləğv edilib


Belçikanın Şarlerua hava limanında işçilərin tətili səbəbindən bütün reyslər ləğv edilib.

Charleroi hava limanının rabitə bölməsi işçilərin bu gün tətilə çıxdığını, buna görə də bütün gələn və gedən uçuşların ləğv edildiyini açıqlayıb.

Açıqlamada bu gün uçuşu olanlardan hava limanına gəlməmələri istənilib və sərnişinlərin biletləri aldıqları şirkətlərlə əlaqə saxlamaları lazım olduğu bildirilib.

Dünən hava limanının rəhbərliyi sentyabrın 12-də tətil olacağı və xidmətlərdə fasilələr olacağı barədə xəbərdarlıq edib və sərnişinlərdən uçuşların vəziyyətini diqqətlə izləmələrini istəyib.

Hava limanının rəhbərliyi sərnişinlərə yalnız kabin baqajını özləri ilə götürməyi tövsiyə edib.

Tətil səbəbindən bəzi uçuşların ləğv ediləcəyi və yerüstü xidmətlərdə fasilələrin olacağı gözlənilsə də, bütün uçuşların ləğv ediləcəyi nəzərdə tutulmurdu.

İşçilər iş şəraitinin yaxşılaşdırılmasını, həddindən artıq yüklənmənin azaldılmasını və rəhbərliyin sərt münasibətini dəyişməsini tələb edirlər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et