Bu gün:

Hindistanda baş verən davada 52 nəfər saxlanılıb


“India Today”in məlumatına görə, Karnataka polisi dünən Mandya rayonunda dava olduğunu bildirib.

Karnataka ştatının daxili işlər naziri Q. Parmeşvar hazırda vəziyyətin nəzarət altında olduğunu bildirib.

Bir qrup hindu gənci paradda gəzdirdikləri Qaneşa heykəlini bölgədəki polis idarəsinin qarşısına qoyarkən, digər qrup təkərləri yandıraraq bəzi mağazaları yandırıb.

Polisin müdaxilə etdiyi hadisədə əlbəyaxa davada iştirak etdiyi iddia edilən 52 nəfər saxlanılıb.

Saxlanılanların ailələri rayonda polis idarəsinin qarşısına toplaşaraq yaxınlarının azadlığa buraxılmasını tələb ediblər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et