
ABŞ mərkəzli texnologiya nəhəngi Google, alış-verişdə öz xidmətlərini önə çıxararaq səlahiyyətlərindən sui-istifadə etdiyi səbəbiylə Avropa Birliyinə (AB) 2,4 milyard avro cərimə ödəyəcək. Bu, AB-nin indiyə qədər tətbiq etdiyi ən yüksək yekun cərimədir. Məhkəmə, Google-un axtarış nəticələrində öz alış-veriş xidmətini ön plana çıxararaq rəqib şirkətlərə zərər verəcək şəkildə hərəkət etdiyinə qərar verib.
AB Komissiyası 2017-ci ildə Google-un axtarış nəticələrində öz alış-veriş xidmətini ön plana çıxardığı səbəbilə araşdırma başlatmışdı. Komissiya tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, istifadəçilər Google-da axtarış etdikdə səhifənin yuxarı hissəsində Google Shopping nəticələri ilə qarşılaşırlar. Bildirilib ki, Google axtarışlarda daha yüksək yer tutmaq üçün ona pul ödəyən şirkətlərin məhsullarını ön plana çıxarır. AB administrasiyası Google-un qiymət müqayisəsi aparan digər rəqiblərin nəticələrində aşağı yer tutması və axtarış motoru bazarındakı dominant mövqeyindən sui-istifadə etməsi səbəbilə texnologiya nəhəngini rekord məbləğdə cərimələnib. Bu qərarı "məyusedici" hesab edən Google-un ana şirkəti Alphabet Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət edib. Google, ona qarşı irəli sürülən ittihamları rədd edib və 2017-ci ildə AB qanunvericiliyinə riayət etmək üçün lazımi tədbirlər gördüklərini irəli sürüb. Lakin o, bu məsələ ilə bağlı Ədalət Məhkəməsini razı sala bilməyib, buna görə də Google-un indiyə qədər tətbiq edilən ən yüksək yekun cərimə olan 2,4 milyard avronu ödəməsi qərara alınıb. Avropa İstehlakçılar Assosiasiyaları İttifaqı (BEUC) məhkəmənin qərarının qənaətbəxş olduğunu bildirib. BEUC-un məlumatına görə, Google rəqib saytlarda daha ucuz məhsullara və faydalı məhsul məlumatlarına girişi əngəlləməklə milyonlarla avropalı istehlakçıya ziyan vurub.
Mənbə: BBC News Türkçe
Tərcümə etdi: Aynur Mikayılova
