
Amerikalı sənətçi Taylor Swift noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verəcəyini açıqlayıb. Elon Musk X-də bir yazı ilə Swifti ələ salıb.
Tramp və Harrisin prezidentlik debatı bitdikdən sonra Swift İnstaqramda paylaşım edib.
Noyabr seçkilərində Kamala Harrisə və vitse-prezidentliyə namizəd Tim Valza səs verəcəyini deyən sənətçi Demokratların namizədini “sabit və istedadlı lider” adlandırıb.
Swift, “İnanıram ki, xaosdan çox sakitliklə idarə etsək, bu ölkədə çox daha böyük nailiyyətlər əldə edə bilərik” deyərək, seçkiyə gedəcək seçiciləri hər iki namizədin siyasətini diqqətlə araşdırmağa çağırıb.
Mənbə : BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
