Bu gün:

Hamster siçovuldurmu?



Hamsterlər ən şirin və əyləncəli ev heyvanları arasındadır. Xüsusilə, yuvalarında fırlanan oyuncaqlarla əylənmək artıq özlüyündə komediya elementidir. Bununla belə, onlar gülməli və yaraşıqlı görünüşlərinə görə əyləncəli heyvanlardır.

Fərqli rəng və növlərə malik olmaqla yanaşı, hamsterin siçan olub-olmaması da sual altındadır. Çünki vizual olaraq baxıldığında siçana bənzəyən bir quruluşa malikdir ki, bu da önəmlidir. Hamsterlər ən çox qidalanan ev heyvanları arasındadır, xüsusən də baxımı asan və populyar heyvan növləri arasında olduqları üçün.

Hamster həqiqətən siçovuldurmu?

Görünüş baxımından siçanlara çox bənzəsələr də, hamster növləri özünəməxsus heyvan növüdür. İlk dəfə 1930-cu illərdə Suriya sərhəddində kəşf edilən bu sevimli heyvanlar bu gün bir çox fərqli növləri, rəngləri və formaları ilə seçilir. Sonradan Avropada əhəmiyyətli dərəcədə yayılan hamsterlər də səhra heyvanı idi.

Digər tərəfdən, hamster növləri siçanlarla çox yaxın qohum olmasının yanında fərqli bir heyvan növü olaraq da önə çıxır. Yəni günümüzün bu məzmunda müzakirə edilən heyvan növləri arasında hamster siçan deyil və fərqli bir canlı növüdür.

Hamsterlərin xüsusiyyətləri hansılardır?

Hamsterlər xüsusiyyətləri ilə yanaşı, bir çox cəhətdən ən populyar ev heyvanları arasındadır.

Qısa tüklü və ya uzun saçları var. İpək kimi bir görünüşə malikdirlər. Sarı, qəhvəyi tonlar,  boz və ağ rəngləri ilə seçilir. Hamsterlərin dərisi bədənlərinə yapışıb. Onların dərisi çəkildikdə elastik bir quruluş meydana çıxır. Ön ayaqlarında 4, arxa ayaqlarında isə 5 barmaq var. Hamsterlərin yanaqlarındakı kisələrdən qida anbarı kimi istifadə olunur. Ön ayaqları əllər kimi fəaliyyət göstərir. Ağızlarına yemək gətirir və özlərini təmizləyirlər.

Mənbə: CNNturk 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et