Bu gün:

Çində aşkar edilən yeni gənə virusu beyinə təsir edə bilər


Çində aşkar edilən yeni gənə virusu insanlara yayıla və bəzən nevroloji xəstəliklərə səbəb ola bilər. 

Bataqlıq virusu (WELV) adlandırılan mikrob ilk dəfə 2019-cu ilin iyununda Jinzhou şəhərində müalicə olunan xəstədə aşkar edilib. 

61 yaşlı qadın Şimali Çinin muxtar bölgəsi olan Daxili Monqolustanda böyük bir bataqlıqda bir parkı ziyarət etdikdən təxminən beş gün sonra qızdırma, baş ağrısı və qusma yaşayıb. O, həkimlərə parkda gənələrin onu dişlədiyini deyib. Antibiotiklər simptomlarını yüngülləşdirməyib, bu da infeksiyanın bakteriyalardan qaynaqlanmadığını göstərir.

Mənbə: Live Science

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et