Bu gün:

"Yagi" daşqını 150-dən çox insanın həyatına son qoyub


Vyetnamın paytaxtı Hanoyda 152 nəfərin ölümünə səbəb olan Yagi daşqınının ölkənin şimalını vurmasından bir neçə gün sonra sular küçələri basdığı üçün qabarmış Qırmızı çayın yaxınlığında yaşayan minlərlə insan təxliyə edilib.
Bu il Asiyanın ən güclü daşqını olan Yagi, şənbə günü quruya düşdükdən sonra qərbə doğru hərəkət edərkən külək və şiddətli yağış gətirib.

Hökumətin hesablamalarına görə, daşqın və sonrakı torpaq sürüşmələri nəticəsində 152 nəfər həlak olub, 140 nəfər itkin düşüb.

Mənbə: Reuters 

Tərcümə etdi: Nəzri Süleymanova 

Paylaş
Şərh əlavə et