Avropanın yüksək məhkəməsi Google-un alış-veriş müqayisə xidmətinin bazardakı üstünlüklərindən sui-istifadə etdiyinə görə 2,4 milyard avro cərimə ödəməsi barədə qərar çıxarıb.

Texnologiya nəhəngi ilk olaraq 2017-ci ildə Avropa Komissiyası tərəfindən tutulan cərimədən şikayət etmişdi.
Bu, Komissiyanın indiyə qədər tətbiq etdiyi ən böyük cəza idi. Google qərardan "məyus" olduğunu bildirib.
Bu, Böyük Britaniyanın hələ AB-nin bir hissəsi olduğu zaman, ilk dəfə 2009-cu ildə İngilis firması Foundem tərəfindən qaldırılan uzun müddətdir davam edən davaya son qoyur.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
