Bu gün:

Vyetnamda super tayfun 127-dən çox insanın həyatına son qoyub


Vyetnamın şimalında şənbə günü baş verən super tayfun şiddətli yağışlar, torpaq sürüşmələri və daşqınlar gətirməkdə davam etdiyinə görə, rəsmilərə görə indi ən azı 127 nəfər ölüb, 54 nəfər isə itkin düşüb.


Bəzi şimal əyalətlərində minlərlə insanın damlarda qapalı vəziyyətdə qaldığı görülüb, digərləri isə çərşənbə axşamı sosial mediada kömək üçün ümidsiz yalvarışlar göndəriblər.

Vyetnamda son 30 ilin ən güclü qasırğası olan Yagi tayfunu ölkənin şimalında dağıntılara səbəb olub və 1,5 milyon insan işıqsız qalıb.

Bazar ertəsi, kamera görüntüləri Phu Tho əyalətindəki Phong Chau körpüsünün yol verərək bir neçə avtomobili aşağıda suya batırdığı anı göstərdi.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et