Bu gün:

Uqandalı idmançının qatili yandığı üçün ölüb


Keniya xəstəxanasının rəsmisi bildirib ki, Uqandalı Olimpiya idmançısı Rebekka Çepteqeyi yandıraraq öldürən keçmiş sevgilisi hücum zamanı aldığı yanıqlardan dünyasını dəyişib.


Dikson Ndiema bir həftədən çox əvvəl kilsədən evə qayıdan marafon idmançısını pusquya salıb. Daha sonra ona benzin tökərək yandırıb.

Yerli idarəçilər, ikisinin Keniyanın şimal-qərbində Cheptegei-nin yaşadığı və təlim keçdiyi kiçik bir torpaq sahəsi üzərində münaqişə etdiyini söylədi.

Ndiema bazar ertəsi gecə reanimasiya şöbəsində dünyasını dəyişib, xəstəxanaya görə, o, bədəninin 40%-dən çoxunda yanıq xəsarətləri ilə qəbul edilib.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et