
NASA Yerə sürətlə yaxınlaşan nəhəng asteroid barədə xəbərdarlıq edib.
"2024 ON" adlı nəhəng asteroidin diametrinin 213 metrdən böyük olduğu hesablanıb və 15 sentyabr 2024-cü ildə Yerin yaxınlığından keçəcəyi gözlənilir.
NASA-nın Yerə Yaxın Obyektlərin Müşahidə Proqramı bu asteroidi ilk dəfə aşkar edib. Alimlər asteroidin ölçüsü, forması və tərkibi haqqında hərtərəfli məlumat toplayıblar.
Asteroid Yerlə Ay arasındakı məsafədən təxminən 2,6 dəfə yaxın məsafədən keçəcək.
“2024 ON” Yer yaxınlığından keçən əksər asteroidlərdən daha böyükdür. Müqayisə üçün qeyd edək ki, meteorit təxminən 60 mərtəbəli binanın hündürlüyündədir.
Saatda təxminən 25 min mil sürətlə hərəkət etdiyi təxmin edilən cismin sürəti narahatlıqları artırır. Ən kiçik rotadan çıxmanın belə ciddi nəticələrə səbəb ola biləcəyi ifadə edilir.
Güclü radar və optik teleskoplardan istifadə edərək aparılan təhlillər asteroidin mümkün təsirlərini qiymətləndirib.
Ölçüsünə və yüksək sürətinə baxmayaraq, hazırda Yerlə toqquşma ehtimalı aşağı hesab olunur.
Alimlər asteroidin yaxın keçidini izləməyə və kainatın dinamik proseslərini anlamağımıza kömək edəcək məlumatlar toplamağa davam edəcəklərini açıqlayıblar.
Mənbə: NTV
Tərcümə etdi: Rəfiqə Rəhimli
