
Son illərdə aldığı çəki və üzündəki dəyişikliyi ilə adından söz etdirən məşhur Victoria's Secret modeli Adriana Lima yenidən keçmiş halına qayıdıb.
Adriana Lima keçən il “The Hunger Games: The Ballad of Songbirds & Snakes” filminin premyerasında iştirak edib. Sosial şəbəkələrdə Limanın üzündəki dəyişikliklə bağlı çoxlu şərhlər yazılıb. Braziliyalı modelin “Fransız asma” üsulu ilə üz gərmə (dartma) əməliyyatı etdirdiyi iddia edilib.
Bu şərhlərdən sonra Lima bu açıqlamanı verib: “Bir yeniyetmə qızın, iki məktəbəqədər uşağın, bir enerjili oğlanın, yeriməyi öyrənən bir yaşlı uşağın və üç iti olan yorğun bir ananın üzü... Diqqətinizə görə təşəkkürlər".
43 yaşlı model bu yaxınlarda “The Thicket” filminin dünya premyerasında iştirak edib. Ağ kostyuma üstünlük verən Adriana Limanın həyat yoldaşı və uşaqları da onunla bərabər gedib.
Limanın arıqlamış halı diqqət çəkib. Üzündəki dolğuları əritdiyi iddia edilən Adriana Lima yeni görünüşü ilə yenidən sosial mediada gündəm olub.
Mənbə: sozcu.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
