Bu gün:

Prezident Ərdoğandan şəhid ailəsinə başsağlığı mesajı


Prezident Rəcəb Tayyib Ərdoğan Şimali İraqın Qara bölgəsində yaralanan və aparıldığı xəstəxanada şəhid olan piyada leytenantı Ömər Fatih Ayar üçün başsağlığı verib.

Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalındakı Qara bölgəsində separatçı terror təşkilatı üzvləri ilə təmasda yaralanan və xəstəxanaya göndərilən piyada leytenantı Ömər Fatih Ayarın şəhid olduğunu bildirib. 

Nazirlikdən verilən açıqlamada, İraqın şimalındakı Qara bölgəsində separatçı terror təşkilatı üzvləri ilə təmasda olan piyada leytenantı Ömər Fatih Ayarın ağır yaralandığı, xəstəxanaya aparıldığı və edilən müdaxilələrə baxmayaraq şəhid olduğu bildirilib. Prezident Ərdoğan Qara bölgəsində separatçı terror təşkilatı üzvləri ilə təmasda yaralanan və aparıldığı xəstəxanada şəhid olan piyada leytenantı Ömər Fatih Ayarın ailəsinə başsağlığı verib.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Arzu ibrəhimova

Paylaş
Şərh əlavə et