Yaraşıqlı aktyor Kerem Bürsin və həmkarı Yasemin Kay Allen ilə sevgili olduqları iddiası sosial medianı silkələdi. İki aktyor bir-birinə çox yaxın olarkən, Allen iddialar ilə bağlı açıqlama verib.

Gözəl aktrisa Yasemin Kay Allen bir müddət əvvəl FTB-nin keçmiş əməkdaşı Erdal Kaya ilə yollarını ayırıb. Gözəl aktrisa ilə Kerem Bürsinin sevgili olduğu iddiaları ortaya atılıb.
Sosial media hesabında "İlin sevgisi" başlıqlı xəbəri paylaşan Yasemin Allen jurnalın gündəminə gələn xəbərlə bağlı açıqlama vermək zərurəti hiss edib.
"Salam dostlar. Heç nə deməyə hazırlaşmırdım, amma deyəsən çoxunuz hər oxuduğunuza inanırsınız. Heç vaxt yüksək səviyyəli dostluqdan başqa heç nə olmayıb. Xahiş edirəm, şərh yazarkən istifadə etdiyimiz dilə və səviyyəyə fikir verək, ədəb-ərkanı qoruyub saxlamağa çalışaq".
Şəxsi həyatı ilə tez-tez maqazin gündəmində olan Kerem Bürsin bir müddət əvvəl müğənni Hadisə ilə birlikdə bir şirkətin qonağı olaraq Venesiya Film Festivalına qatılıb. İkili birlikdə qırmızı xalça üzərinə çıxıblar.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Arzu ibrəhimova
