Bu gün:

Yanvar-avqust aylarında Çin-Rusiya ticarət dövriyyəsi 1,9% artaraq 158,47 mlrd olub


Çin Baş Gömrük İdarəsinin məlumatına görə, eyni dövrdə Rusiyadan Çinə mal idxalı 3,2% artaraq 86,56 milyar da çatıb. 

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-avqust aylarında Çin-Rusiya ticarət dövriyyəsi illik müqayisədə 1,9% artaraq təxminən 158,47 milyard dollara çatıb. 

Çindən Rusiyaya isə ixrac 0,4% artaraq 71,91 mlrd olub. Rusiya tərəfinin müsbət saldosu ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% artaraq 14,65 milyar da çatıb. 

Xidmət qeyd edib ki, avqustda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi iyul ayı ilə müqayisədə 10,1% azalaraq 21,68 milyard, Çin ixracı isə aylıq müqayisədə 2,7% artaraq 10,26 milyard olub. Rusiyadan idxal da 17,7% artaraq 11,42 milyarda çatıb. 

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2022-ci ildə 29,3% artaraq 190 milyard dollar təşkil edib. 2023-cü ildə bu rəqəm 26,3% artaraq 240,11 milyard dollara çatıb. 

Mənbə: Tass.com 

Tərcümə etdi: Arzu ibrəhimova

Paylaş
Şərh əlavə et