Bu gün:

Rusiya 2025-ci ildə Səudiyyə Ərəbistanı və Malayziya ilə vizasız rejim tətbiq etməyi gözləyir


Bəzi Afrika ölkələri və Keniya ilə də viza rejiminin ləğvi ilə bağlı dövlətlərarası sazişlər hazırlanır. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2025-ci ildə Səudiyyə Ərəbistanı, Oman, Malayziya, Bəhreyn, Myanma və bəzi Afrika ölkələri ilə vizasız rejim tətbiq etməyə hazırlaşır, nazirliyin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyev TASS-a müsahibəsində bildirib. 

“Mən həqiqətən də buna ümid edirəm, çünki bu ölkələrə rusiyalı turistlər tərəfindən tələbat var və həmçinin ölkəyə gəlmə turizmi kəskin şəkildə artıb” 

İqtisadi İnkişaf Nazirliyi Rusiya Xarici İşlər Nazirliyi ilə birlikdə əsas dost ölkələrlə viza rejiminin liberallaşdırılması istiqamətində xeyli iş görür. O əlavə edib ki, Səudiyyə Ərəbistanı, Malayziya, Bəhreyn və bəzi Afrika ölkələri, xüsusilə Keniya ilə viza rejiminin ləğvi ilə bağlı dövlətlərarası sazişlər hazırlanır.

Mənbə: Tass.com

Tərcümə etdi: Arzu ibrəhimova

Paylaş
Şərh əlavə et