Bu gün:

Son 50 ildə biomüxtəlifliyin 68%-ni məhv etmişik



Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hazırladığı hesabata görə, 1970-ci ildən bəri dünyada biomüxtəlifliyin 68%-i insani səbəblər üzündən yoxa çıxıb.


Amerika tropiklərində bu nisbət 94%-ə qədər yüksək idi. WWF-nin London Zooloji Cəmiyyəti ilə birgə hazırladığı Yaşayan Planet Hesabatının 2020-ci il buraxılışında 1970-2016-cı illər arasında 4300 onurğalı növünün populyasiyalarında ciddi azalmalar olduğu aşkar edilib.
WWF-nin Beynəlxalq Baş direktoru Marko Lambertini bu vəziyyəti “əyriliyin sıxışdırılması” anlayışı ilə izah edib və biomüxtəlifliyin qorunması üçün təcili tədbirlərin görülməli olduğunu vurğulayıb.
Hesabat həmçinin Birləşmiş Millətlər Təşkilatının 2019-cu ildə dərc etdiyi və təxminən 1 milyon növün nəsli kəsilmək təhlükəsi altında olduğunu bildirən hesabata uyğun nəticələr təqdim edib.
2020-ci ilin iyul ayında dərc edilən başqa bir hesabatda deyilirdi ki, biomüxtəlifliyin itirilməsi və təbiətin məhv edilməsi COVID-19 kimi pandemiyaların artmasına səbəb ola bilər. Bu pandemiyalar meşələrin qırılması kimi ətraf mühitə vurduğu ziyanı artıraraq pis dövrlərə səbəb ola bilər.
Alimlər bu vəziyyəti dayandırmaq üçün yol xəritəsi cızmağa çalışırlar. Məsələn, “Nature” jurnalında dərc olunan məqalədə vurğulanır ki, istixana qazı emissiyalarını azaltmaqla iqlim dəyişikliyi ssenarilərinin qarşısını almaq və ekosistemləri qorumaq mümkündür.
Ancaq bu səylərin uğurlu olması üçün insanların və idarəçilərin elmə qulaq asması lazım olduğu bildirilir.
Hazırda bəşəriyyət planetimizin istehsal etdiyi təbii ehtiyatlardan 56% çox istehlak edir ki, bu da növümüzün davamlı olmadığını göstərir.
Elmi xəbərdarlıqlara əhəmiyyət verilməsə, keçmişdə nəsli kəsilmiş növlər kimi bizim də nəslimizin kəsiləcəyi ehtimalı var.

Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et