Bu gün:

Beynəlxalq sürrealizm Amerikada


Azərbaycan Respublikasının Əməkdar rəssamı dünya üzrə seçilmiş 17 məşhur sürrealist rəssamlar içində "Yaz təranələri" əsəri ilə Azərbaycanı təmsil edir.

Sərgi 6 sentyabr Amerikanın Vaşinqton ştatında, "Shotgun Studio" incəsənət qalereyasında başlayıb və üç aya nümayiş olunacaq.

Bu, sərginin baş kuratoru, Amerika sürrealist rəssamı Roch Fautch və Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeironun təşkilatçılığı ilə həyata keçib.

Sərgidə heykəl, instalyasiya və müasir sürreal sənət nümayişi ilə birgə, həmçinin davamlı olaraq yaradıcı performanslar, şou olacağı da gözlənilir.

Sərgi iştirakçıları xüsusi seçim turu vasitəsi ilə təsdiq olunublar.

İştirak edən rəssamlar:

Roch Fautch
Santiago Ribeiro
Paulo Rosa
Dara De Bast
Joe MacGown
Carnelia Tersanszki
Maria Devcic
Mehriban Efendi
Gabriele Esau
Shia Weltenmenge
Lidia Margelu
David Wellens
Shahla Rosa
Dan Neamu
Leo Wijnhoven
A.Can Emed
Dina Fernandez

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et