NASA, nasaz olan və kosmik stansiyada qapalı qalan Boeing-in Starliner şatlının ekipajsız Yerə qayıtdığını açıqladı.
Boeing, iki astronavtı daşıyan Starliner şatlını ilk dəfə iyunun 5-də Beynəlxalq Kosmik Stansiyaya göndərdi. Bazada yerləşdikdən sonra helium sızması aşkar edildikdən sonra onun Yerə qayıtması dörd dəfə təxirə salınarkən, astronavtlar Butch Wilmore və Suni Williams kosmik stansiyada qapalı qaldılar.
Astronavtların riskli olduğu səbəbi ilə sözügedən vasitə ilə geri dönməsinə icazə verilmədiyi halda, Starliner avtopilotla Yerə geri gətirildi. İki astronavtın 2025-ci ilin fevralında Yerə qayıtması planlaşdırılır.
Mənbə: Hüriyyet.com.tr
Tərcümə etdi: Arzu İbrəhimova