
UEFA Millətlər A Liqasının 3-cü qrupunun ilk oyununda Almaniya “Merkur Spiel-Arena”da Macarıstanı qəbul edib.
Almaniya Macarıstanı 5:0 hesabı ilə məğlub edib.
Rəqibini nəzarətdə saxlayan Almaniya meydandan 5:0 hesablı qələbə ilə ayrılıb.
"Panzer"ə qələbə qazandıran qolları 27-ci dəqiqədə Füllkrug, 58-ci dəqiqədə Musiala, 66-cı dəqiqədə Florian Wirtz, 77-ci dəqiqədə Pavloviç, 81-ci dəqiqədə isə Kai Havertz penaltidən vurub.
UEFA Millətlər Liqasına 3 xalla başlayan Almaniya qrupdakı ikinci oyununda səfərdə Hollandiya ilə qarşılaşacaq. Macarıstan Bosniya və Herseqovinanı qəbul edəcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
