“Qərb 1912-ci ildə aysberqə çarparaq batmış Titanik gəmisinin taleyini Ukrayna üçün hazırlamışdı”,-bu müqayisəni RİA Novosti agentliyinə müsahibəsində Dövlət Dumasının Krım deputatı, Təhlükəsizlik Komitəsinin üzvü Mixail Şeremet edib.

Siyasətçinin fikrincə, ABŞ və Böyük Britaniya öz geosiyasi ambisiyalarını Ukrayna hesabına həll etməyə və onu qəzalı gəmiyə çevirməyə çalışırlar.
Deputat hesab edir ki, ABŞ və Böyük Britaniya öz ölkələrini “son səfərə”aparmaq üçün “zəngin avropalıları” Ukraynaya şirnikləndirir.
Şeremet əlavə edib ki, Avropanın siyasi elitaları Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə öz ölkələrinin rifahını qurban verirlər və qənaətlərini Ukraynadakı münaqişənin alovlanmasına sərf edirlər.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
