Bu ilin Asiyada ən güclü qasırğası olan “Super Yagi” qasırğası Vyetnamın şimalına çatdıqdan sonra ən azı dörd nəfərin ölümünə səbəb olub.

Hind-Sakit Okean Tropik Siklon Xəbərdarlıq Mərkəzi bildirib ki, şənbə günü səhər fırtına Hai Phong və Quang Ninh əyalətlərini 203 km/saat (126 mph) küləklə vurub.
Güclü külək və uçan dağıntılar binalara və avtomobillərə ziyan vurub, ağacların aşması paytaxt Hanoyda elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Dövlət mediası şənbə günü şimaldakı Quang Ninh əyalətində üç nəfərin, digərinin isə Hanoy yaxınlığındakı Hai Duongda öldüyünü bildirib. Bölgədə 78 nəfərin yaralandığı güman edilir.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
