
UEFA Millətlər B Liqası 4-cü Qrupun ilk oyununda Uelslə səfərdə 0:0 bərabərə qalan Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella 10 nəfərlə qaldıqları matçda heç-heçənin pis nəticə olmadığını bildirib.
Cardiff City Stadionunda oynanılan matçdan sonra təşkil edilən mətbuat konfransında açıqlama verən Montella, Avropa çempionatından sonra futbolçuların fiziki gərginliyinin bu matça təsir etdiyini bildirib.
İtaliyalı məşqçiyə oyunöncəsi mətbuat konfransınızda deyilib ki, "Uelslə burada oynadığımız son matçda rəqib bizdən bir klik yaxşı idi. Bu matçda onlar bir, bəlkə iki klik daha yaxşı görünürdü. Bunun səbəbləri nə idi?". O, suala belə cavab verib:
"Bu iki qarşılaşmadakı faktlardan xəbərdarıq. Rəqib ilk hissədə topa bizdən daha yaxşı nəzarət edə bildi və bu daha təhlükəli görünsə də, onların çoxlu zərbələr vurduqlarını xatırlamıram. Futbolçuların da fiziki və ruhi yorğunluğu Avropa çempionatından sonra daha çox istirahət etməsinin səbəblərindən biri də budur. İslandiya ilə çox çətin bir matç oynayacağıq. İslandiya keçən dəfə İngiltərəni məğlub etmişdi. Oyunçuları və onların matçlarını izləyirik. Bu çətinliklərin fərqindəyik, amma biz bunu bacaracağıq. Əlimizdən gələni edəcəyik”.
İtalyan məşqçi Barış Alper Yılmazın qırmızı vərəqə alması ilə bağlı vəziyyətlə bağlı bunları deyib: "Son matçlarda hakimlər baxımından bəxtimiz gətirmirdi. Barış Alperin qırmızı vərəqə almasından əvvəl Hakan Çalhanoğlunu oyuna buraxacaqdıq. Amma qırmızı vərəqə elə həmin vaxt gəldi”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
