
UEFA-nın “Beşiktaş” və “Trabzonspor”un 2023-cü maliyyə ili üçün qarşıya qoyulan aralıq maliyyə hədəflərini yerinə yetirdiyini müəyyən etdiyi və maliyyə qaydaları çərçivəsində bu klublara heç bir cəza tətbiq olunmadığı qeyd edilib.
UEFA Klubların Maliyyə Nəzarət Şurası (CFCB) maliyyə vəziyyətini izlədiyi üç türk klubu arasında “Beşiktaş” və “Trabzonspor”u maliyyə hədəflərinə çatdıqlarına görə cəzalandırmasa da, RAMS Başakşehir 2024-25 mövsümü üçün heyətinə şərti qadağa qoyub. O cümlədən öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Avropa qadağası və 100 min avro cərimə ediləcək.
UEFA-dan verilən açıqlamada, aralarında Beşiktaşın da olduğu Milan (İtaliya), İnter (İtaliya), Monako (Fransa), Olimpik Marsel (Fransa), Paris Saint-Germain (Fransa) və Royal Antverpen (Belçika) komandalarının olduğu açıqlanıb. Klubların maliyyə ili üçün müəyyən edilmiş aralıq maliyyə hədəflərini yerinə yetirdiyi və bu klublara maliyyə qaydaları çərçivəsində heç bir cəza tətbiq olunmadığı müəyyən edilib.
Başakşehir 2023-24 mövsümündə nəzərdə tutulan son maliyyə hədəfini qismən aşdığına görə, klub futbol gəlirlərinə uyğun gəlmədiyi təqdirdə növbəti 3 mövsümdə iştirak edə biləcəyi UEFA-nın ilk klub yarışmasından kənarlaşdırılacaq.
Digər tərəfdən, Aston Villa (İngiltərə) 60 min avro, Olympic Marsel (Fransa) isə maliyyə vəziyyəti ilə bağlı məlumatı gec göndərdiyi üçün 20 min avro cərimələnib. Roma (İtaliya) 2023-cü maliyyə ili üçün müəyyən edilmiş aralıq hədəfi qismən aşdığı üçün 2 milyon avro cərimələnib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
