Bu gün:

Formula 1 Lenovo ilə qlobal əməkdaşlıq müqaviləsini təsdiqləyir


Formula 1 texnologiya şirkətinin 2025-ci il mövsümündən etibarən iki qran-prinin baş sponsoru olacağını göstərən müqavilədə Lenovonu özünün ən son qlobal tərəfdaşı elan edib.

Lenovo F1-in rəsmi tərəfdaşı olan Aramco, Heineken, Qatar Airways və American Express kimi seriyanın ən böyük sponsorlarına qoşulmaq üçün bir addım atıb.

F1 Prezidenti Stefano Domenikali razılaşmanı elan edərkən deyib: "Mən çox şadam ki, Lenovo Formula 1-in Qlobal Partnyoru olacaq. 

Mən Lenovo ilə işimizi davam etdirməyi və F1-in gələcək illər ərzində dünyanın ən texnoloji cəhətdən inkişaf etmiş idman növü olaraq qalmasını təmin etmək üçün dəqiqlik, innovasiya və davamlılığa dair ortaq öhdəliyimizdən istifadə etməyi səbirsizliklə gözləyirəm”.


Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et