Bu gün:

Şimali Koreya ilə Cənubi Koreya arasında “zibil balonu” gərginliyi


Cənubi Koreya Şimali Koreyanın dünən gecədən bəri 260-dan çox "zibil balonu" göndərdiyini və bu hərəkətin üçüncü gününə girdiyini açıqlayıb.

Yonhap-ın məlumatına görə, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Şimalın bir-birinin ardınca ölkəyə zibil olan yüzlərlə şar göndərməyə davam etdiyi bildirilib.

Açıqlamada 3 gündür Cənub torpaqlarına zibil olan şarların göndərildiyi, dünən gecədən bu gün səhərədək müxtəlif şəhərlərə 260-dan çox “zibil balonu”nun düşdüyü bildirilib.

Atılan zibil balonlarından 140-nın paytaxt Seulun bəzi hissələrinə və yaxınlıqdakı Gyeonggi əyalətinə düşdüyü qeyd edilib.

Açıqlamada şarların əksəriyyətində kağız və plastik butulkaların olduğu və təhlükəli maddə aşkar edilmədiyi vurğulanıb.

"Zibil balonu" gərginliyi

İki ölkə arasında “balon gərginliyi” aylardır davam edir. Şimali Koreyalı qaçqınlar və Cənubi Koreyada yaşayan fəallar Şimala Pxenyan administrasiyasını tənqid edən təbliğat vərəqələri ilə dolu böyük şarlar göndəriblər.

Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya zibil daşıyan 3 mindən çox şar göndərib.

İki ölkə arasında gərginliyə səbəb olan hava şarlarının tədarükü Şimali Koreya tərəfindən "ifadə azadlığı" olaraq qiymətləndirilir, Cənubi Koreya isə bu açıqlamanı pisləyib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et