Bu gün:

22 kino layihəsinə 97 milyon lirə dəstək


Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “uzun metraj”, “birgə istehsal” və “çəkiliş sonrası” tipli 22 layihəyə, ümumilikdə, 97 milyon 750 min lirə dəstək verilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, kino sektoru nümayəndələrindən ibarət Kino Dəstək Şurasının müəyyən etdiyi və türk kinosunun inkişafında mühüm rol oynayan bu dəstəklərdən 5-i “İlk Uzun Metrajlı Bədii Film İstehsalı”, 13-ü “Bədii film istehsalı”, 3-ü “Birgə istehsal”, 1-i isə “Çəkilişdən sonrakı” layihələrdir.

Dəstək alan layihələr arasında mükafatlı rejissor Mahmut Fazıl Coşkunun “Ölü yandırma cəmiyyəti” və ustad yazıçı Mustafa Kutlunun eyniadlı romanından uyarlanan və Əhməd Sönməzin rejissorluğu ilə çəkilmiş “Mavi quş” adlı layihə də var. Gənc və istedadlı rejissorların sektora gətirilməsi üçün verilən ilk “Bədii film istehsalı” kateqoriyasında 5 layihəyə dəstək verilib.

Nazirliyin bu il kino dəstəyi 284 milyon lirəni keçib

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2023-cü ildə sənədli film istehsalı, ssenari və dialoq yazısı, qısametrajlı film istehsalı, qısametrajlı cizgi filmi istehsalı, yerli film nümayişi, bədii film, ortaq istehsal üçün, ümumilikdə, 145 milyon 474 min lirə dəstək verilib. 

Nazirliyin kino sənayesinə verdiyi dəstək 2024-cü ildə təxminən iki dəfə artaraq 284 milyon 241 min lirəyə çatıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et