İtaliyanın Ansa xəbər agentliyinin verdiyi məlumata görə, keçən ay Siciliya sahillərində Bayesian superyaxtasının batması nəticəsində ölən dörd nəfər, sıxışdıqları hava cibində oksigenin tükənməsi nəticəsində boğulub.

Bank direktoru Conatan Blumer, həyat yoldaşı Cudi Blumer, vəkil Chris Morvillo və həyat yoldaşı Neda Morvillo da şiddətli fırtına zamanı gəminin batması nəticəsində həyatını itirən 7 nəfər arasında olub.
Ölümdən sonra aparılan müayinələr onların heç birinin ağciyərlərində su olmadığını, xəbərlərə görə boğulmadıqlarını göstərir.
Britaniyalı texnoloji sahibkar Mayk Linç, onun 18 yaşlı qızı Hanna Linç və yaxtanın aşpazı Rekaldo Tomas da hadisə zamanı həlak olublar.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
