Bu gün:

Rebekka Çeptegei yandırıldıqdan sonra öldü


Olimpiya idmançısı Rebekka Çeptegei keçmiş sevgilisi tərəfindən benzinə batırılaraq yandırıldıqdan bir neçə gün sonra vəfat edib.


Bu yaxınlarda Paris Olimpiadasında iştirak edən 33 yaşlı Uqandalı marafonçu bazar günü hücumdan sonra geniş yanıqlar almışdı.

Çeptegei yaşadığı və təlim keçdiyi Keniyanın şimal-qərbindəki səlahiyyətlilər, onun iki qızı ilə kilsədən evə qayıtdıqdan sonra hədəf alındığını söylədi.

Onun atası Cozef Çepteqey deyib ki, o, “çox dəstəkləyən” bir qızını itirib. Uqandalı həmkarı Ceyms Kirva BBC-yə öz səxavəti və digər qaçışçılara maliyyə yardımı haqqında danışdı.

Yerli administrator tərəfindən verilən hesabatda iddia olunurdu ki, idmançı və onun keçmiş partnyoru torpaq sahəsi üstündə mübahisə ediblər. Polis faktla bağlı araşdırma aparıldığını bildirib.

Deyilənə görə, Uqanda ilə sərhədin o tayındakı bir bölgədən olan Cheptegei, Trans Nzoia qraflığında torpaq sahəsi alıb və Keniyanın elit atletika məşq mərkəzlərinin yaxınlığında olmaq üçün ev tikib.

Keniyada qadınlara qarşı hücumlar böyük narahatlıq doğurub. Milli sorğuya görə, 2022-ci ildə qadınların ən azı 34%-i fiziki zorakılığa məruz qaldıqlarını bildirib.

Keniyanın idman naziri Kipçumba Murkomen, "Bu faciə hətta elit idman növlərinə getdikcə daha çox təsir edən gender əsaslı zorakılıqla mübarizənin təcili zəruriliyini xatırladır" dedi.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et