Paris 2024 Paralimpiya Oyunlarında para-triatlon yarışları Sena çayında suyun keyfiyyətinin pis olması səbəbindən 24 saata təxirə salınıb.

Dünya Triatlon Federasiyasından verilən açıqlamada Parisdə yağan leysan yağışların Sena çayında suyun keyfiyyətinin azalmasına səbəb olduğu bildirilib. İyul ayında keçirilən Yay Olimpiya Oyunlarında Sena çayının çirklənməsi səbəbindən bir çox tədbir, xüsusilə triatlon və açıq üzgüçülük yarışları təxirə salınmışdı. Təxminən 1,4 milyard Avro sərmayə qoyulmasına baxmayaraq, Sena çayının çirklənmə problemi effektiv şəkildə həll edilə bilmədi. Olimpiada zamanı aparılan sınaqlarda suda enterokok və E.coli bakteriyasının miqdarının idmançıların sağlamlığına təsir edə biləcək səviyyədə olduğu müəyyən edilib.
Mənbə: Huriyet
Tərcümə etdi: Arzu ibrəhimova
