Bu gün:

Çin və Cənubi Afrika Ukrayna münaqişəsinin siyasi həllinə tərəfdardırlar


 Ölkələr münaqişə tərəflərini üç prinsipə, yəni döyüş meydanını genişləndirməməyə, hərbi əməliyyatları artırmamağa və münaqişəni alovlandırmamağa çağırır.

Çin və Cənubi Afrika Rusiya ilə Ukrayna arasındakı münaqişənin danışıqlar yolu ilə həll edilməsində israrlıdırlar, Çin lideri Xi Cinpin və Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Pekində apardıqları danışıqlardan sonra birgə bəyanatda bildiriblər.

“Tərəflər razılaşıblar ki, inklüziv dialoq və sülh danışıqları böhranın uzunmüddətli siyasi həllinin yeganə mümkün yoludur”, - sənəddə deyilir. 

Sentyabrın 2-də Cənubi Afrika lideri Pekinə gəlib. Danışıqlardan sonra S.Ramafosa və Xi ikitərəfli əməkdaşlığı “yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığa” yüksəltmək qərarına gəliblər.

Çərşənbə günü S.Ramaphosa Çinin paytaxtında keçiriləcək Çin-Afrika sammitində iştirak edəcək.

Mənbə: TASS.com

Tərcümə etdi: Arzu ibrəhimova

Paylaş
Şərh əlavə et