
Prezident Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub. Görüşdə Ərdoğan Əliyevi lideri olduğu Yeni Azərbaycan Partiyasının Azərbaycanda keçirilən parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Seçki nəticələrinin qardaş Azərbaycan xalqının Əliyev və partiyasının fəaliyyətinə olan etimadını göstərdiyini vurğulayan Ərdoğan bildirib ki, "seçkilərin demokratik şəraitdə, sülh və əmin-amanlıq şəraitində keçməsi sevindirici haldır".
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Arzu İbrəhimova
