Bu gün:

Audi: Sauberin çıxışı qəbuledilməzdir


Audinin Formula 1 texniki direktoru Mattia Binotto hesab edir ki, hazırkı Sauber komandasının çıxışı qəbuledilməzdir.

Alman istehsalçısı Audi 2026-cı il üçün lazım olan təməlləri qoymağa çalışır. Bununla belə, komanda hiss edir ki, təhvil aldığı Sauber komandasının nəticələri idealdan çox uzaqdır.

İsveçrənin komandası hazırda çempionatda sonuncu yerdədir. Üstəlik, onlar bu mövsümə qədər heç bir xal toplaya bilməyən yeganə komandadır.

İki ildən sonra işlər Audiyə keçəndə komanda çox fərqli olacaq.

Binotto deyir ki, brend indi baş verənlərə göz yuma bilməz.

Binotto: "Düşünürəm ki, bu komanda gələcəkdə qalib komanda olmalıdır. Bunun yeganə yolu yüksəlməyə başlamaq, irəliləməkdir. Beləliklə, bəli, mən mütləq yaxşılaşmalı olduğumuzu düşünürəm. Bu, özümüz, komanda, brend və tərəfdaşlarımız üçün vacibdir. Biz status-kvonu qəbul edə bilmərik",- deyib.

Binotto deyir ki, Audi-ni yarış qalibiyyətlərinə meydan oxumaq üçün uzunmüddətli perspektivdə görüləsi çox şey olsa da, indi böyük bir addım atılmalıdır.

"Komanda Zandvoortda sonuncu yerdə qərarlaşıb və onlarla öndəki avtomobillər arasında böyük boşluq var. Ona görə də təkmilləşmək üçün səy göstərilməlidir. Biz bütün prioritetlərimizi və səylərimizi müəyyən etməli və balanslaşdırmalıyıq. Düşünürəm ki, hazırkı mövqeyimizdə ümumiyyətlə rahat deyilik. Bu, həqiqətən ağrılıdır. Dediyim kimi, möhkəm təməllər bir gündə qoyulmadığı üçün təkmilləşməliyik. Komanda addım-addım və davamlı olaraq təkmilləşməlidir. Ona görə də mümkün qədər tez başlamalıyıq". 


Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et