
Avropada satışa çıxarılan Barbie markalı telefonun istehsalçıları gənclər arasında smartfon istifadəsini azaltmaq ideyasına yönəlmiş marketinq kampaniyası keçirirlər. Barbie ilə eyniləşdirilən çəhrayı rəngdə olan bu çox sadə cihazın ön kamerası yoxdur. Cihazda yalnız bir oyun var və onun internetə çıxışı çox məhduddur.
Nokia üçün də telefonlar istehsal edən HMD, bu telefonla həyatlarında daha az "rəqəmsal təsir" istəyənləri hədəf aldıqlarını qeyd edir. Ailələr və telefonların uşaqlara təsiri ilə bağlı çalışan QHT-lər də smartfon istifadəsini məhdudlaşdırmaq üçün kampaniyalar aparırlar. Bəzi insanlar hətta cihazlara tamamilə qadağa qoyulmasını tələb edirlər. Bu model flip telefondur. Onun proqramları yükləmək üçün platformaya çıxışı yoxdur. Onun sensor ekranı da yoxdur. Yalnız telefon vasitəsilə SMS göndərmək mümkündür. Bu təkmil mesajlaşma proqramlarında "oxumaq" və ya "yazmaq" kimi funksiyaların olmaması deməkdir.
Mənbə: BBC News Türkçe
Tərcümə etdi: Aynur Mikayılova
