Körpə Barbinin 1959-cu ildə təqdim edildiyi vaxtdan bəri müxtəlif dostları olub. Onun ən köhnə dostu 1961-ci ildə təqdim edilən kukla Ken Karson idi. Barbinin digər dostları içində ilk afro-amerikalı gəlincik Kristi və Steysi adlı britaniyalı yeniyetmədir.

Ken Karson tez-tez Barbinin sevgilisi kimi satılır. Ken 2006-cı ildə yenidən istehsala başladı.
Midge Hadley kuklaları da istehsalda idi. Kukla 1988, 2003 və 2013-cü illərdə fərqli üz cizgiləri və hekayə xətləri ilə yenidən təqdim edildi. Ken və Midge 2012-ci ildə başlayan və 2014-cü ildən istehsalı davam edən məşhur internet seriyası olan "Barbie: Xəyal Evində Həyat"da personajlar kimi görünür. Serialda Barbinin digər dostları Tereza, Nikki, Raquelle və Rayandır.
Barbinin ailəsi də illər keçdikcə dəyişdi, bacıları kəsilərək dəyişdirildi. 2014-cü ildən başlayaraq Barbinin ailə seriyasına ilk dəfə Skipper adlı bacısı təqdim edildi.
Mənbə: 411answers
Tərcümə etdi: Fatimə Əsədzadə
