Bu gün:

Çiro İmmobiledən 3-də 3


Beşiktaşın italiyalı mərkəz hücumçusu Çiro İmmobile Trendyol Superliqasında oynadığı 3 oyunun hamısında qol vurmaqdan həzz alıb.

Trendyol Super Liqasının 4-cü həftəsində Beşiktaş öz meydanında Sivassporu 2:0 hesabı ilə məğlub edib.

Qara-ağların 34 yaşlı ulduz futbolçusu Çiro İmmobile matçın 27-ci dəqiqəsində qazanılan penaltini qola çevirərək komandasının qələbəsində böyük rol oynayıb. 

Belə ki, İmmobile Trendyol Super Liqasında çıxış etdiyi 3 matçda 3 dəfə rəqib qapısını silkələyib.

İtaliyalı mərkəz hücumçusu Sivassporla qarşılaşmada 11-likdə meydana çıxsa da, matçın 73-cü dəqiqəsində onu gənc futbolçu Mustafa Həkimoğlu əvəzləyib.


Mənbə: TRT Haber 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et