Bu gün:

“Tamaşaçı aparıcıya güvənməsə…”


24media.az-ın növbəti qonağı "AZTV" telekanalının xəbər aparıcısı Leyla Cavaddır. O, aparıcı olmaq istəyən gənc jurnalistlərə məsləhətlər verib.

Sizcə, aparıcı olmaq istəyən gənc jurnalistlər hansı bilik və bacarıqlara dərindən yiyələnməlidirlər?


İlk növbədə, qarşıya məqsəd qoymaq lazımdır ki, efiri ən yaxşı şəkildə aparmalıyam. Təbii ki, biz də insanıq, efirdən əlavə həyatımız da var. Amma efirə çıxanda bunları bir kənara qoymaq lazımdır. Çünki tamaşaçının güvənini qazanmaq əsas məqsəd olmalıdır. Tamaşaçı aparıcıya güvənməsə, verilişə baxmayacaq. Ona görə də şəxsi həyatımızda yaşadığımız axsaqlıqları efirə yansıtmamalıyıq. Buna çox diqqət etməliyik.

Daha sonra çoxlu mütaliə etmək və gündəmi izləmək önəmlidir. Çox oxumaq lazımdır, çünki ən kiçik məlumat belə sabahısı gün lazım ola bilir. Bunların hamısına ciddi şəkildə diqqət etmək lazımdır. Bəzən özümdə hiss edirəm ki, bir müddət mütaliə etmədikdə, ya da bu məqamda diqqətsizlik edəndə o axsaqlıqları həqiqətən, efirimdə hiss edirəm. Sonra oturub deyirəm ki, kaş vaxtında bunu öyrənərdim, kaş bunun üstünə düşərdim, belə hal yaşamazdım. Aparıcı olmaq istəyən şəxs özəl həyatı ilə yanaşı, bir efir həyatının olduğunu da dərindən dərk etməlidir və ona görə davranmalıdır. Öz həyatında hətta sosial şəbəkədə belə öz statusunu qoruyub saxlamalıdır.


Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et